Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili hökumətin razılığı olmadan səfərlərini davam etdirəcəyi təqdirdə Gürcüstan prezidenti Salome Zurabişvili ilə xarici ölkələrin liderlərinin görüşlərinin yolverilməzliyi barədə xəbərdarlıq edib.
Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, o, məsələ ilə bağlı açıqlamanı hakim partiyanın Zurabişvilinin impiçmenti üçün kifayət qədər səs toplamamasından sonra verib.
"Biz gözləyirik ki, bu cür səfərlər və görüşlər üçün müraciətlər olarsa və hökumətin razılığı olmasa, qarşı tərəf bundan imtina edəcəklər", - Papuaşvili bildirib.
“Bir çoxları bizim xəngəl və xaçapurilərimizə hörmət edir, lakin kim gürcü xalqına hörmət etmək istəyirsə, onun Konstitusiyasına hörmət etməlidir”, - deyə o söyləyib.