Modern.az

Rusiya Ukraynaya İsgəndər-M atıb?

Rusiya Ukraynaya İsgəndər-M atıb?

Dünya

19 Oktyabr 2023, 13:56

Rusiya qüvvələri Ukrayna ərazisinə 2 raket buraxıb.

 

Modern.az "Strana"ya istinadən xəbər verir ki, məlumatlar şərti olaraq İsgəndər-M raketləri olduğu barədədir.

 

Qeyd olunub ki, bu raketləri Ukraynanın hava hücumundan müdafiə sistemi ilə vurmaq çətindir. Ölkənin şərqində xəbərdarlıq elan edilib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhədimizdə yeni gərginlik - Müharibə hazırlığı başladı