Modern.az

Məhsa Əmini Saxarov Mükafatı aldı - Ölümündən sonra...

Məhsa Əmini Saxarov Mükafatı aldı - Ölümündən sonra...

Dünya

19 Oktyabr 2023, 16:12

"Qadın. Həyat. Azadlıq. 2023-cü il Saxarov Mükafatının qaliblərinin Məhsa Əmini və İranda "Qadın, həyat, azadlıq" hərəkatı olduğunu elan etməkdən qürur duyuram".

 

Modern.az xəbər verir ki, bunu Avropa Parlamentinin sədri Roberta Metsola X-də yazıb.

 

"Bu cəsur qadınlar, kişilər və gənclər bərabərlik, azadlıq və ləyaqət uğrunda apardıqları mübarizə ilə dünyaya ilham verdilər", - o qeyd edib.

 

Xatırladaq ki, ötən ilin sentyabr ayında İranın paytaxtı Tehranda 22 yaşlı Məhsa Əmini adlı gənc qızın əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra müəmmalı şəkildə ölməsindən sonra ölkədə genişmiqyaslı aksiyalar keçirilib.

 

“Fikir azadlığına görə” İnsan Hüquqları Mükafatı 1988-ci ildə sovet fiziki və hüquq müdafiəçisi Andrey Saxarovun şərəfinə təsis edilib. 2022-ci ildə mükafat Ukrayna Prezidenti Volodimir Zelenskiyə, 2021-ci ildə müxalifətçi Aleksey Navalnıya, 2020-ci ildə isə Belarus müxalifətinə verilib. Mükafatın pul məbləği 50.000 avrodur.

 

 

 

Sizə yeni x var
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!