Modern.az

Pakistan bütün qanunsuz mühacirləri deportasiya edəcək

Pakistan bütün qanunsuz mühacirləri deportasiya edəcək

Dünya

19 Oktyabr 2023, 15:54

Pakistanın hakimiyyət orqanları oktyabrın sonunadək bütün qanunsuz mühacirləri ölkədən çıxaracaq.

 

Modern.az xəbər verir ki, bunu Pakistanın Bəlucistan əyalətinin müvəqqəti hökumətinin informasiya naziri Yan Açakzay deyib.

 

“Pakistan müvafiq sənədləri olmadan ölkədə yaşayan bütün xarici vətəndaşların deportasiya edilməsi barədə yekun qərar qəbul edib. Biz oktyabrın 31-dək onların ölkələrinə qayıtmasını təmin etməyə çalışacağıq”, - deyə nazir bildirib. Onun sözlərinə görə, BMT-nin qaçqınların işi üzrə Ali komissarlığında qeydiyyatdan keçən şəxslər sonrakı qərara qədər Pakistanda qalacaqlar.

 

Qeyd edək ki, hazırda Pakistanda 1,3 milyon qanunsuz mühacir mövcuddur və onların əksəriyyətini əfqanıstanlı qaçqınlar təşkil edir. Sənədsiz miqrantlar arasında, həmçinin İran, İraq, Suriya və digər ölkələrin vətəndaşları var.

 

BMT-nin məlumatına görə, Pakistana sığınan əfqanıstanlı qaçqınların sayı bu ilin iyun ayında 3,5 milyon nəfərə yüksəlib və əgər problemin həlli üçün İslamabada beynəlxalq yardım göstərilməsə, onların vəziyyəti böhran həddinə çatacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!