"Çağırışlar və xarici təzyiqlər Rusiyanın inkişafına, o cümlədən yerli istehsalın genişlənməsinə mane olmayıb".
Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın baş naziri Mixail Mişustin “Made in Russia - 2023” beynəlxalq ixrac forumunda deyib.
Baş nazir "Rosstat" məlumatlarına istinad edərək söyləyib ki, 8 ay ərzində istehsal sənayesində artım 6.5%-i keçib.
Qeyd edək ki, Rusiyanın ötən ilin 24 fevralında Ukraynaya hücumundan sonra sanksiyaların tətbiqi ölkə iqtisadiyyatını xeyli zəiflədib.