Türkiyənin xarici işlər naziri Hakan Fidan misirli həmkarı Semih Şükrü ilə telefon danışığı aparıb.
Modern.az TRT-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Bildirilib ki, İsrail və Fələstindəki yeniliklər, Qəzza məsələsi müzakirə olunub.
Qeyd edək ki, 7 oktyabrda başlanan Fələstin-İsrail qarşıdurması davam etməkdədir.