Modern.az

1989-cu ilə qədər yalnız donuzlar səs verirdi...

1989-cu ilə qədər yalnız donuzlar səs verirdi...

Dünya

19 Oktyabr 2023, 20:56

Polşa prezidenti Anjey Duda 1989-cu ildən əvvəl ölkədə keçirilən seçkilərdə səs verənləri donuz adlandırıb.

 

Modern.az xəbər verir ki, o, oktyabrın 15-də keçirilən parlament seçkilərində fəallığın yüksək olduğunu qeyd edib.

 

"Biz hamımız yaxşı xatırlayırıq ki, 1989-cu ilə qədər yalnız donuzlar səsverməyə gedirdi", - o deyib.

 

Prezidentin sözlərinə görə, ölkədə vəziyyətin necə olduğunu bilən və kommunist seçkilərinin nə qədər saxta olduğunu başa düşən insanlar sadəcə olaraq səs vermirdilər.

 

Duda polyakların “1989-cu ildən bəri yetkinləşdiyini” qeyd edib.

 

Anjey Duda bildirib ki, 1989-cu ildən əvvəlki seçkilərdə “boş seçki məntəqələri ilə yüksək nəticələr elan edilib”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!