Böyük Britaniyanın baş naziri Rişi Sunak və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman görüş keçirib.
Modern.az xəbər verir ki, bu barədə Britaniya hökuməti məlumat yayıb.
Görüş zamanı liderlər regionda gərginliyin daha da artmasının qarşısını almaq üçün “fəaliyyətləri əlaqələndirmək barədə razılığa gəliblər”.
Ər-Riyadda keçirilən görüş zamanı Sunak Səudiyyə Ərəbistanını regionda "sabitliyi dəstəkləmək" üçün öz nüfuzundan istifadə etməyə çağırıb.
“Baş nazir və vəliəhd həyati əhəmiyyət kəsb edən su, qida və dərman təmin etmək üçün Qəzza zolağına humanitar girişin təmin edilməsinin təcili ehtiyacı barədə razılığa gəliblər", - rəsmi məlumatda bildirilir.