Son sutkada Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları 10 post yaradıblar.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Postların məqsədinin yollarda hərəkətin təhlükəsizliyini təmin etmək olduğu bildirilir. Yaradılan postlardan beşi Azərbaycan tərəfi ilə birgə qurulub.
Qeyd olunur ki, sentyabrın 19-dan etibarən Qarabağın Əsgəran, Ağdərə, Xocavənd və Şuşa bölgələrində Rusiya sülhməramlılarının ümumilikdə 8 müşahidə və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.