ABŞ Ukraynaya göndərilməsi nəzərdə tutulan on minlərlə 155 mm-lik artilleriya mərmisini İsrailə verməyi planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə "Axios" nəşri yazıb.
Mərmilər ABŞ-ın ehtiyatlarından veriləcək.
Bildirilir ki, İsrail hərbçiləri Qəzza zolağında quru əməliyyatına, eləcə də Livanla sərhəddə “Hizbullah” qruplaşması ilə mümkün münaqişəyə hazırlaşmaq üçün Vaşinqtondan artilleriya mərmiləri istəyib.
Nəşr yazır ki, İsrailə tədarüklər Ukrayna hərbçilərinin döyüş əməliyyatları aparmaq qabiliyyətinə təsir etməyəcək.