ABŞ Dövlət katibinin Cənubi Avropa və Qafqaz üzrə köməkçisinin müavini Coş Huk Türkiyə, Azərbaycan və Ermənistanda səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə "Amerikanın səsi" məlumat yayıb.
O, bir sıra məsələləri müzakirə etmək üçün yüksək səviyyəli rəsmilər, biznes ictimaiyyəti və vətəndaş cəmiyyəti ilə görüşəcək. Səfər oktyabrın 27-dək davam edəcək
“O, regionda olarkən ABŞ-ın Cənubi Qafqazda davamlı və ləyaqətli sülhü dəstəkləmək işini davam etdirəcək”, - məlumatda bildirilir.