Modern.az

Şahramanyan Paşinyanın qəbuluna düşə bilmir

Şahramanyan Paşinyanın qəbuluna düşə bilmir

Dünya

20 Oktyabr 2023, 08:54

Özünü buraxmış qondarma “Artsax” separatçılarının sonuncu başçısı Samvel Şahramanyan Qarabağdan Ermənistana qaçdıqdan sonra baş nazir Nikol Paşinyanın qəbuluna düşə bilməyib.

Modern.az xəbər verir ki, bu barədə “Hraparak”ın məlumatınmda bildirilib.

Qeyd edilir ki, Şahramanyan iki həftəyə yaxındır ki, Nikol Paşinyanın qəbulunu gözləyir, amma baş nazir hələ ki ona reaksiya verməyib.

Məlumatlara görə, Şahramanyan mövcud vəziyyət və gələcəklə bağlı mövqeyini ictimaiyyətə açıqlamazdan əvvəl Paşinyanla bəzi məsələlərə aydınlıq gətirmək istəyir. Paşinyan isə görüşü gecikdirir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!