Modern.az

Mahmud Abbas Baydenin danışıq aparmaq təklifini RƏDD ETDİ

Mahmud Abbas Baydenin danışıq aparmaq təklifini RƏDD ETDİ

Dünya

20 Oktyabr 2023, 10:20

Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas ABŞ prezidenti Co Baydenin İsrailə səfəri zamanı onunla telefonla danışmaqdan imtina edib.


Modern.az-ın məlumatına görə, bu barədə İsrailin ictimai televiziyası bildirib.


Telekanal Ramallahdakı adı açıqlanmayan fələstinli mənbəyə istinadla bildirib ki, Bayden administrasiyasının rəsmiləri liderlər arasında telefon danışığı təşkil etməyə çalışsalar da, Mahmud Abbas təklifi rədd edib.


Vaşinqtonun HƏMAS-a qarşı müharibədə İsraili dəstəklədiyinə və bu həftənin əvvəlində İordaniyada keçirilən sammitdə Bayden və ərəb liderləri ilə gözlənilən görüşün ləğvinə baxmayaraq, ABŞ və Fələstin arasında təmaslar qalır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!