PUA-lar ABŞ-ın İraqdakı iki hərbi bazasına hücum edib.
Modern.az xəbər verir ki, bu barədə "Deutsche Welle" məlumat yayıb.
İraq tərəfi bildirib ki, Ayn əl-Əsəd aviabazasının yaxınlığında pilotsuz təyyarələr vurulub və axtarış əməliyyatı aparılır. Bağdad yaxınlığındakı daha bir ABŞ bazası raket atəşinə tutulub.
Yalnız son 24 saat ərzində İraqdakı 4 ABŞ hərbi bazası artıq hücuma məruz qalıb. Bundan əvvəl İranın dəstəklədiyi bir neçə silahlı İraq qruplaşması Vaşinqtonun HƏMAS ilə mübarizəsində İsraili dəstəkləyəcəyi təqdirdə ABŞ bazalarına hücum edəcəkləri ilə hədələyib.