Modern.az

“Əl-Cəzirə”nin yayımı İsraildə DAYANDIRILIR

“Əl-Cəzirə”nin yayımı İsraildə DAYANDIRILIR

Dünya

20 Oktyabr 2023, 11:54

İsrail hökuməti Qətərin “Əl-Cəzirə” telekanalının öz ərazisində yayımını qadağan etmək qərarına gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə İsrailin KAN dövlət radiosu məlumat yayıb. 

 

Media aydınlaşdırır ki, kanalın bağlanması təklifi oktyabrın 16-da İsrailin rabitə naziri Şlomo Karya tərəfindən irəli sürülüb. Təşəbbüsü İsrail kəşfiyyat xidməti Mossad dəstəkləyib. 

 

"Əl-Cəzirə" mərkəzi Qətərin paytaxtı Dohada yerləşən beynəlxalq yayım şirkətidir. 1996-cı ildən verilişlər aparır. Kanal Qərb koalisiyasının Əfqanıstandakı hərəkətlərini işıqlandırmağa və Usamə bin Ladenin bəyanatlarını yayımlamağa başlayandan sonra dünya şöhrəti qazanıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!