Modern.az

Zelenskidən ABŞ-a TƏŞƏKKÜR

Zelenskidən ABŞ-a TƏŞƏKKÜR

Dünya

20 Oktyabr 2023, 14:24

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-a ölkəyə verdiyi dəstəyə görə təşəkkür edib.

 

Modern.az xəbər verir ki, Zelenski bu barədə X-də yazıb.

 

"Biz birlikdə nifrətin azadlığı, terrorçuların isə demokratiyanı məhv etməsinə icazə verməyəcəyik", - o paylaşımında qeyd edib.

 

Zelenski bildirib ki, məqsəd xalqlar üçün azad həyat tərzini qorumaqdır.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!