Modern.az

TDT-nin nüfuzu birliyimizin əyani təsdiqidir - Mirziyoyev

TDT-nin nüfuzu birliyimizin əyani təsdiqidir - Mirziyoyev

Dünya

20 Oktyabr 2023, 15:56

“Türk Dövlətləri Təşkilatının artan potensialı və nüfuzu dostluğumuzun və birliyimizin gücünün əyani təsdiqidir”.

 

Modern.az "Kun.uz"a istinadən xəbər verir ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin ikinci iclasının iştirakçılarına müraciət ünvanlayıb.

 

O, müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının mövcudluğunu xüsusi vurğulayıb.

 

"Son bir ildə Özbəkistanın Türk Dövlətləri Təşkilatına sədrliyi ilə mühüm və çoxşaxəli işlər görülmüş, əməkdaşlığımız daha da genişlənmiş, yeni dinamika əldə etmişdir", - Mirziyoyev qeyd edib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!