Modern.az

Rusiya Qəzzadan təxliyə edəcəyi vətəndaşlarının siyahısını hazırlayıb

Rusiya Qəzzadan təxliyə edəcəyi vətəndaşlarının siyahısını hazırlayıb

Dünya

24 Oktyabr 2023, 17:12

 

Rusiyanın Qəzza zolağındakı nümayəndəliyi təxliyə üçün ölkə vətəndaşlarının siyahısını hazırlayıb.

 

Modern.az xəbər verir ki, bunu Rusiyanın Fələstin Administrasiyasındakı nümayəndəliyinin sözçüsü Aliyə Zaripova TASS-a bildirib.

 

Siyahıya 700-dən çox adam daxil olub. Zaripova qeyd edib ki, indi siyahıya bir neçə nəfər əlavə olunur. O vurğulayıb ki, siyahıda 400 nəfər Rusiya vətəndaşı var. Jurnalistlərin evakuasiya üçün şəraitin olub-olmaması ilə bağlı sualını cavablandıran nümayəndəliyin sözçüsü deyib ki, hər şey hələ də əvvəlki kimidir və qeyd edib ki, evakuasiya planı hələ də işlənib hazırlanır.

 

Qeyd edək ki, İsrail-Fələstin münaqişəsi oktyabrın 7-də başlayıb. İsrail tərəfində son məlumatlara görə, 1.4 min, Qəzza zolağında 5 mindən çox insan həlak olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!