Modern.az

İsrail ordusu quru əməliyyatına hazırdır

İsrail ordusu quru əməliyyatına hazırdır

Dünya

24 Oktyabr 2023, 19:56

İsrail ordusu Qəzza zolağında quru əməliyyatı keçirməyə hazırdır.

 

Modern.az xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi bildirib.

 

Onun sözlərinə görə, hazırda İsrail ordusu əməliyyatın başlanması ilə bağlı siyasi qərar gözləyir, bundan sonra hərbçilər Qəzza ərazisinə daxil olacaqlar.

 

“İsrail qüvvələri hazırda mövqelərini saxlayır və qətiyyətlə müdafiə edirlər. Ordu Qəzza zolağında quru əməliyyatına hazırdır və biz ölkənin siyasi rəhbərliyi ilə birlikdə növbəti addımın məqsədləri və vaxtını müəyyən edəcəyik", - Halevi qeyd edib.

 

Halevinin sözlərinə görə, əməliyyatın məqsədi HƏMAS-ın yüksək rəhbərliyini məhv etməkdir, ona görə də İsrail ordusu bu tapşırığı effektiv şəkildə yerinə yetirməkdə “qəti qərarlıdır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!