Modern.az

Ermənistan Rusiyaya nota verdi 

Ermənistan Rusiyaya nota verdi 

Dünya

24 Oktyabr 2023, 20:37

Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, 2023-cü il oktyabrın 23-də Rusiyanın “Birinci kanal”ında yayımlanan proqramda Ermənistanın yüksək rütbəli məmurlarına qarşı tamamilə qəbuledilməz bəyanatlar səsləndirilib.

 

Bununla bağlı diplomata etiraz notası bildirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!