Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərə səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, səfər 24-25 oktyabr 2023-cü il tarixlərində baş tutacaq.
Hakan Fidan Dohada baş nazir və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhmanla görüşəcək, həmçinin Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani tərəfindən qəbul ediləcək.
Danışıqlar zamanı ikitərəfli münasibətlərin, xüsusilə yaxın dövrdə Dohada keçirilməsi planlaşdırılan Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin Doqquzuncu Toplantısına hazırlıq məsələlərinin müzakirə ediləcəyi gözlənilir.
Bundan əlavə, regional və beynəlxalq hadisələr, xüsusilə Fələstindəki son vəziyyət ətrafında fikir mübadiləsi aparılacaq.