Modern.az

Zori Balayan HARALARDADIR...

Zori Balayan HARALARDADIR...

Dünya

25 Oktyabr 2023, 00:29

Erməni terrorunun məşhur ideoloqlarından biri, yazıçı, ictimai xadim Zori Balayanın Londona köçməsi barədə xəbərlər yayılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın "civic.am" nəşri yazıb.

 

Ancaq Balayanın oğlu məlumatı təkzib edib. Cərrah Hayk Balayan sayta açıqlamasında deyib ki, atası və ailəsinin hər hansı üzvü Londona getməyib, İrəvandadırlar. 

 

“Nə atam, nə də ailəmiz Londona getməyib. Atam İrəvandadır, 2 ildir ki, ağır xəstədir, yaddaşında problem var”, - deyə Hayk Balayan qeyd edib.

 

Xankəndi şəhərində anadan olmuş Z.Balayan Birinci Qarabağ müharibəsinə səbəb olan separatçı hərəkatın təşəbbüsksarlaından və “Miatsum” (“birləşmə”) şüarının müəlliflərindən biridir.

 

O, 80-ci illərin əvvəllərində yazdığı “Ocaq” əsəri ilə ermənilər arasında məşhurlaşmışdı. Bu kitabda Z.Balayan tarixi təhrif edərək, Qarabağın guya erməni torpağı olduğunu iddia edib. O, həmçinin, kitabda türkləri və azərbaycanlıları həm Rusiyanın, həm də Ermənistanın düşməni elan edib.

 

Balayan həm də Xocalı soyqırımının təşəbbüskarlarındandır.

Whatsapp
Bizə yazın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!