Modern.az

Dünya uçurumun astanasındadır - BMT Baş katibi

Dünya uçurumun astanasındadır - BMT Baş katibi

Dünya

25 Oktyabr 2023, 07:50

Dünya uçurumun astanasındadır və daha çox insan zərər çəkmədən tədbir görülməlidir.

 

Modern.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş 24 Oktyabr - Birləşmiş Millətlər Təşkilatı Günü münasibətilə X sosial platformasında yazıb.

 

“Bu gün BMT Nizamnaməsinin qüvvəyə minməsinin 78-ci ildönümüdür. Bu kritik saatlarda mən hər kəsi zorakılıq nəticəsində daha çox insanın həyatına son qoymadan və bu, daha da yayılmadan uçurumdan geri çəkilməyə çağırıram”, - deyə baş katib bildirib.

 

Qeyd edək ki, hər il oktyabrın 24–ü Birləşmiş Millətlər Təşkilatı Günü kimi qeyd olunur. Bu tarix BMT Nizamnaməsinin 1945-ci il oktyabrın 24-də qüvvəyə minməsi ilə əlaqədar Baş Assambleya tərəfindən 1947-ci il oktyabrın 31-də təsis olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!