Modern.az

Blinken Hakan Fidanla İsrail-Fələstin qarşıdurmasından DANIŞDILAR

Blinken Hakan Fidanla İsrail-Fələstin qarşıdurmasından DANIŞDILAR

Dünya

30 Oktyabr 2023, 08:08

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ-ın dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, Türkiyənin diplomatik mənbələrindən əldə edilən məlumata əsasən, danışıq zamanı İsrail-Fələstin qarşıdurması, münaqişənin bölgəyə yayılmasının qarşısının alınması və girovların dəyiştirilməsi istiqamətində görüləcək işlər, humanitar yardım dəhlizinin yaradılmasının vacibliyi, eləcə də NATO-nun genişlənməsi prosesi müzakirə edilib.

 

Türkiyəli nazir İsrail-Fələstin qarşıdurmasında mülki vətəndaşların hədəf alınmasının qəbuledilməz olduğunu vurğulayıb.

Sizə yeni x var
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə