Modern.az

Ermənistanın gələcəyini KTMT-siz təsəvvür etmirəm - Bordyuja

Ermənistanın gələcəyini KTMT-siz təsəvvür etmirəm - Bordyuja

Dünya

30 Oktyabr 2023, 10:40

"KTMT-siz Ermənistanın gələcəyini təsəvvür etmək mümkün deyil".

 

Modern.az xəbər verir ki, bunu təşkilatın keçmiş baş katibi Nikolay Bordyuja Belarusun STV telekanalına müsahibəsində deyib.

 

Onun sözlərinə görə, respublikanın KTMT-dən çıxması üçün heç bir əsas yoxdur. Bordyuja hazırda gedən prosesləri müvəqqəti hadisələr adlandırıb.


 
“Mən Ermənistanın gələcəyini KTMT olmadan təsəvvür edə bilmirəm, sadəcə olaraq bu gələcəyi təsəvvür edə bilmirəm, çünki Ermənistan Rusiya ilə o qədər inteqrasiya olunub ki, təkcə iqtisadi baxımdan deyil, Rusiyada çoxlu sayda erməni - bir neçə milyon erməni yaşayır”, - sabiq baş katib söyləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə