Modern.az

Türkiyə ilə sərhəd anlaşmalarının reallaşacağına ümid edirik - Paşinyan

Türkiyə ilə sərhəd anlaşmalarının reallaşacağına ümid edirik - Paşinyan

Dünya

30 Oktyabr 2023, 10:44

"İrəvan Türkiyə ilə sərhədin açılmasına dair razılaşmaların həyata keçirilməsinə ümid edir".

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə 2024-cü il dövlət büdcəsi layihəsinin müzakirələrində çıxış edərkən deyib.

 

Paşinyan xatırladıb ki, bu, üçüncü ölkələrin vətəndaşlarına və diplomatik pasport sahiblərinə aiddir.

 

"Sərhəd infrastrukturu ilə bağlı mühüm işlər görülüb. Biz keçid məntəqəsini yenidən təchiz etmişik və artıq belə proseslərə hazırıq", - o əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!