HƏMAS tərəfindən qaçırılan 22 yaşlı Almaniya vətəndaşı əsirlikdə ölüb.
Modern.az "Bild"ə istinadən xəbər verir ki, Şani Luka Qəzza zolağı ilə sərhəddə keçirilən musiqi festivalı üçün İsrailə gəlib.
Oktyabrın 7-də HƏMAS yaraqlıları onu huşunu itirənə qədər döyərək Qəzzaya aparıblar. Qohumları qızı tanıyıb və Almaniya hökumətindən onun azadlığa buraxılmasına kömək etməyi tələb ediblər. Yaxınlarına məlumat verilib ki, Şani Qəzzanın şimalındakı xəstəxanadadır, o, ağır kəllə-beyin travması alıb.
“Təəssüf ki, dünən biz xəbər aldıq ki, qızım artıq həyatda deyil”, - deyə qızın anası Rikarda Luka bildirib.
Məlumata görə, 13-ə qədər Almaniya vətəndaşı HƏMAS tərəfindən əsir götürülüb.
Qeyd edək ki, 7 oktyabrda başlanan Fələstin-İsrail qarşıdurması davam edir. Hər iki tərəfdən minlərlə insan həyatını itirib.

