Modern.az

İsrail tankları Qəzza hüdudlarında görünüb

İsrail tankları Qəzza hüdudlarında görünüb

Dünya

30 Oktyabr 2023, 13:38

İsrail Müdafiə Qüvvələrinin (IDF) tankları Qəzza zolağının hüdudlarında görünüb.

 

Modern.az xəbər verir ki, bu barədə AFP şahidlərə istinadən məlumat yayıb.

 

Onların sözlərinə görə, tanklar anklavın şimal və cənub rayonlarını birləşdirən əsas yolu bağlayıb.

 

İsrail ordusunun sözçüsü Daniel Haqari brifinq zamanı ordunun plana uyğun fəaliyyət göstərdiyini və tədricən irəlilədiyini bildirib. Qəzzada əsas yol boyu tankların hərəkəti ilə bağlı məlumatın ortaya çıxmasından sonra Haqari IDF quru qoşunlarının yeri barədə şərh verməyib.

 

Qeyd edək ki, 7 oktybarda başlanan Fələstin-İsrail qarşıdurması davam edir. Hər iki tərəfdən minlərlə insan həyatını itirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək