Modern.az

Ermənistanda polis sistemi yenilənir

Ermənistanda polis sistemi yenilənir

Dünya

30 Oktyabr 2023, 14:52

Ermənistanın polis qoşunları 2024-cü ilə qədər demilitarizasiya olunacaq.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan Daxili İşlər Nazirliyinin katibi Ara Fidanyan parlamentdə bildirib.

 

O, gələcək mühafizəçi funksiyalarını təqdim edib. Fidanyan deyib ki, mühafizə ictimai asayişin və təhlükəsizliyin, dövlət binalarının qorunması, dövlət protokolu çərçivəsində nümayəndə heyətini müşayiət etmək və digər funksiyalara cavabdeh olacaq.

 

Ərazi polis orqanlarının funksiyalarına və işinə də yenidən baxılacaq və onlar icma polisinə çevriləcək. Bununla yanaşı, regional idarələrin əvəzinə əməliyyat-axtarış fəaliyyəti ilə məşğul olan bölmələr yaradılacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!