Modern.az

Rusiyadan Gürcüstana təxribat qrupu sızıb - Saakaşvili

Rusiyadan Gürcüstana təxribat qrupu sızıb - Saakaşvili

Dünya

30 Oktyabr 2023, 15:32

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bildirib ki, onun məlumatına görə, Gürcüstana məqsədi sabitliyi pozmaq və hakimiyyəti ələ keçirmək olan təxribat qrupu sızıb.

 

Modern.az xəbər verir ki, bu barədə o, dövlət vəsaitini mənimsəməkdə ittiham olunan məhkəmə prosesində xəstəxanadan canlı yayımda bildirib.

 

Xatırladaq ki, Saakaşvili 2021-ci ildə ölkəyə qayıtdığı vaxt həbs olunub. Dəfələrlə aclıq aksiyası keçirən siyasətçi müalicə müəssisəsinə köçürülüb. Onun səhhətində ciddi problemlər var, bədənində radioaktiv maddələr aşkar olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı