Modern.az

Rusiya müxalifətçilərinin portretləri Düsseldorfda

Rusiya müxalifətçilərinin portretləri Düsseldorfda

Dünya

30 Oktyabr 2023, 16:58

Almaniyanın Düsseldorf şəhərinin mərkəzində Rusiya müxalifətçilərinin portretləri qoyulub.

 

Modern.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Navalnı, Yaşin və digər rus müxalifətçilərininn portretlərinə rast gəlmək olar.

 

Rusiya müqavimətinin simaları” sərgisinin qəhrəmanları müharibə əleyhinə mövqelərinə görə həbs cəzası almış tanınmış müxalifətçilər və Rusiya Federasiyasının sadə vətəndaşlarıdır: "Sərginin məqsədi avropalıların diqqətini Rusiyada insan haqlarının total şəkildə pozulmasına cəlb etməkdir".

 

Layihənin təşkilatçısı Moskvadan olan keçmiş munisipial deputat Yelena Filinadır. O, Rusiya ordusu haqqında “saxta hekayələr” yaydığına görə qiyabi həbs edilib və Rusiya Federasiyasında axtarışa verilib.

 

Sərgi Avropanın müxtəlif şəhərlərində keçirilir, Düsseldorfda noyabrın 5-dək davam edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır