Modern.az

Litva Belarusa nota verdi

Litva Belarusa nota verdi

Dünya

30 Oktyabr 2023, 22:00

Belarusun Vilnüsdəki səfirliyinin nümayəndəsi Litva Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Modern.az xəbər verir ki, Belarus Təhlükəsizlik Şurasının dövlət katibinin birinci müavini Pavel Muraveykonun Litva ilə bağlı sözlərinə cavab olaraq diplomata etiraz notası təqdim edilib.

 

“Bu bəyanatlar Litvaya açıq hücum təhdidləri kimi başa düşülə bilər ki, bu da tamamilə qəbuledilməzdir”, - Litva Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

 

Qeyd edək ki, Pavel Muraveyko sonuncu müsahibəsində bildirib ki, Litva üzərindən güc yolu ilə dəhliz yaradılması dünyada pislənməyəcək. Onun sözlərinə görə, indiki vəziyyət fərqlidir və Minsk artıq Qərbin ciddi təzyiqlərinə müqavimət göstərir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək