Modern.az

Rusiyanın Ukraynadakı itkiləri 300 mini geridə qoydu

Rusiyanın Ukraynadakı itkiləri 300 mini geridə qoydu

Dünya

31 Oktyabr 2023, 09:36

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 870 hərbçisini itirib.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 300 810 nəfərə çatıb.

 

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 21 tank, 29 zirehli döyüş maşını, 25 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!