Modern.az

Çexiya prezidenti zabitin papağını yerə saldı - VİDEO

Çexiya prezidenti zabitin papağını yerə saldı - VİDEO

Dünya

31 Oktyabr 2023, 10:08

Çexiya prezidenti Petr Pavel Praqada keçirilən anım tədbiri zamanı təsadüfən əsgərin papağını bayraq dirəyi ilə vuraraq yerə salıb.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, zabit mərasim zamanı diqqətdə qalıb və heç bir reaksiya verməyib.

 

Digər zabitlərdən biri əyilərək papağı götürüb. Pavel isə X-də zabitdən üzr istəyib:

 

"Bu, şübhəsiz ki, standart hərbi prosedura yeni element əlavə etmək cəhdi deyildi. Mən sadəcə bayraq dirəyinin çəkisini düzgün qiymətləndirmirdim".

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək