Rusiya Federasiyası Tatarıstan Respublikasının müftisi Kamil Samiqullin Mahaçqalada yəhudilər əleyhinə iğtişaşların iştirakçıları barədə çağırış edib.
Modern.az NEXTA-ya istinadən xəbər verir ki, Samiqullin iştirakçılara qarşı yumşaq davranış nümayiş etməyə çağırıb.
Müfti hesab edir ki, onların əməllərini kənardan gələn qüvvələr təşkil edib. Onun fikrincə, bu, Qərbin xüsusi xidmət orqanlarının təşkil etdiyi təxribatdır.
Qeyd edək ki, 29 oktyabrda bir qrup şəxs Mahaçqala hava limanına daxil olub. Onlar Təl-Əvivdən gələn təyyarənin qarşısını almaq üçün uçuş-enmə zolağını ələ keçiriblər. Hadisə zamanı yaralananlar olub, bir sıra etirazçılar saxlanılıb.