Almaniyanın Frankfurt-Mayn məhkəməsi özbək əsilli rusiyalı oliqarx Əlişir Usmanovun işi üzrə istintaq zamanı Almaniyada Baş Prokurorluq tərəfindən müsadirə edilmiş sənədlərin və əmlakın qanunsuz saxlanılmasını tanıyan və onların qanuni sahiblərinə qaytarılmasını tələb edən qərar qəbul edib.
Modern.az xəbər verir ki, bu barədə "Kun.uz" məlumat yayıb.
2022-ci ildə prokurorlar və polis Hamburqda “Dilbar” yaxtasında, eləcə də Usmanovun dostunun ailəsinin Frankfurt-Mayn yaxınlığındakı kiçik mənzilində axtarış aparıb. Lakin 2023-cü ildə məhkəmə şübhə üçün kifayət qədər əsas olmadığı üçün bu axtarışların qanunsuz olduğuna qərar verib. Almaniya prokurorluğunun arqumentləri “qeyri-müəyyən şübhələr” və “əsassız fərziyyələr” adlandırılıb.
Usmanovun vəkilləri axtarışlar zamanı götürülən sənədlərin və əmlakın istifadəsinin dayandırılması, habelə onların sahiblərinə qaytarılması üçün ərizələr verib. 26 oktyabr 2023-cü ildə məhkəməsi bu tələbləri təmin edib. Beləliklə, əmlakın saxlanılması qanunsuz elan edilib. Müdafiə tərəfi məhkəmənin axtarışları qanunsuz hesab etməsinə baxmayaraq, prokurorluğun müsadirə edilmiş əmlakı saxlamaqda davam etməsinin qəsdən pozuntu olduğunu vurğulayıb.