Ermənistanda general Qriqori Xaçaturovun işi üzrə məhkəmə iclası yenidən təxirə salınıb.
Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia"ya təqsirləndirilən şəxslərdən biri, Ermənistanın sabiq müdafiə naziri, hazırda parlamentin müxalif "Hayastan" fraksiyasının rəhbəri Seyran Ohanyan deyib.
"İşdə çoxlu prosessual pozuntular var, müdafiə tərəfi bunu hakimin diqqətinə çatdırıb, amma vəziyyət dəyişmir", - Ohanyan bildirib.
Xaçaturov çirkli pulların yuyulmasında, vəzifə səlahiyyətlərindən istifadə edərək qanunsuz əldə edilmiş əmlakın leqallaşdırılmasında ittiham olunur və mart ayından həbsdədir.