Modern.az

Almaniya prezidenti Tanzaniyadan üzr istədi - SƏBƏB

Almaniya prezidenti Tanzaniyadan üzr istədi - SƏBƏB

Dünya

1 Noyabr 2023, 17:26

Almaniya prezidenti Frank-Valter Ştaynmayer Tanzaniyada keçmiş alman müstəmləkəçiliyinə görə bu ölkədən üzr istəyib.

 

Modern.az xəbər verir ki, bu barədə "Deutsche Welle" məlumat yayıb.

 

Tanzaniyaya səfər edən prezident alman müstəmləkəçilərinin qəddarlığına görə tanzaniyalılardan üzr istəyib: “Almanların müstəmləkə idarəçiliyi qurbanlarının qarşısında baş əyirəm. Almaniya prezidenti kimi, almanların əcdadlarınıza etdiklərinə görə üzr istəmək istərdim".

 

Ştaynmayerin sözlərinə görə, o, “Almaniya keçmişin birgə yenidən qiymətləndirilməsinə hazırdır” mesajı ilə gəlib. Siyasətçi keçmiş koloniyadan olan, hazırda Almaniyada muzeylərdə və antropoloji kolleksiyalarda olan sümüklərin və kəllələrin Tanzaniyaya qaytarılacağına söz verib.

 

Almaniyanın Şərqi Afrikadakı müstəmləkəçiliyi 1885-ci ildə başlayıb və Birinci Dünya müharibəsinə qədər davam edib. 1905-1907-ci illərdə müstəmləkəçilik əleyhinə üsyan orada xüsusi qəddarlıqla yatırılıb, 300 minə qədər insan öldürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək