Modern.az

Ukraynada 18 milyon insanın humanitar yardıma ehtiyacı var - BMT

Ukraynada 18 milyon insanın humanitar yardıma ehtiyacı var - BMT

Dünya

1 Noyabr 2023, 17:48

Ukrayna əhalisinin 40%-nin - 18 milyon insanın humanitar yardıma ehtiyacı var.

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlər İdarəsinin koordinasiya departamenti məlumat yayıb.

 

Bildirilib ki, qışın başlaması ilə vəziyyət daha da pisləşəcək. BMT-nin tam çata bilmədiyi Rusiya tərəfindən işğal olunmuş Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin təxminən 4 milyon sakininin vəziyyəti xüsusi narahatlıq doğurur.

 

İsrail və HƏMAS arasındakı müharibənin fonunda Ukraynanın böyük yardıma ehtiyacını unutmamağa çağırış edilib. Qeyd olunub ki, Ukraynanın bir çox mülki vətəndaşının elektrik enerjisi, istilik, su təchizatı və rabitə xidmətlərinə çıxışı Rusiya Silahlı Qüvvələrinin kritik infrastruktura hücumları səbəbindən hələ də məhduddur.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Sizə yeni x var
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək