Modern.az

İsrail HƏMAS-ın müdafiə xəttini yardı

İsrail HƏMAS-ın müdafiə xəttini yardı

Dünya

2 Noyabr 2023, 09:42

İsrail hərbçiləri Qəzza zolağının şimalında Fələstinin radikal HƏMAS təşkilatının silahlı qüvvələrinin müdafiə xəttini yarıb.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Harari açıqlayıb. 

 

"Quru əməliyyatı planlaşdırıldığı kimi davam edir. Bizim qoşunlarımız Qəzza zolağının şimalında yerləşir. Kəşfiyyat məlumatları və əlaqələndirilmiş hava, dəniz və quru zərbələri sayəsində qüvvələrimiz Qəzza zolağının şimalında HƏMAS-ın cəbhə xəttinə daxil olub", - o, brifinqdə bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!