Modern.az

Cinsi zorakılıq müharibə cinayəti sayılacaq

Cinsi zorakılıq müharibə cinayəti sayılacaq

Dünya

2 Noyabr 2023, 10:54

Almaniya müharibədə cinsi zorakılığı müharibə cinayətləri ilə eyniləşdirəcək.

 

Modern.az xəbər verir ki, bunu Almaniyanın ailə işləri naziri Lisa Paus AFP-yə deyib:

 

"Xüsusilə qadınlara qarşı cinsi zorakılıq, uzun müddətdir ki, terrorçular tərəfindən sistematik olaraq bütün dünyada silahlı münaqişələrdə taktiki silah kimi istifadə edilir".

 

Almaniya Ədliyyə Nazirliyi müvafiq qanun layihəsi hazırlayıb. Qəbul edilərsə, cinsi zorakılıq, cinsi köləlik və məcburi abort kimi cinayətlər insanlığa qarşı cinayət və müharibə cinayətlərinə bərabər olacaq. Bu, cinayətlərin başqa ölkələrdə törədildiyi halda belə, Almaniyada məsuliyyət daşıyanların məsuliyyətə cəlb olunmasına imkan verəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək