Modern.az

Putinin mesajı Rəisiyə ÇATDIRILDI

Putinin mesajı Rəisiyə ÇATDIRILDI

Dünya

2 Noyabr 2023, 11:22

Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentev Vladimir Putinin mesajını İran Respublikasının prezidenti İbrahim Rəisiyə çatdırıb.

Modern.az xəbər verir ki, bu barədə İranın İRNA agentliyi məlumat yayıb.

Bildirlib ki, noyabrın 1-də Tehrana gələn Rusiya prezidentinin xüsusi nümayəndəsi İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian ilə görüşüb və o, Vladimir Putinin mesajını İran prezidentinə çatdırıb.

Qeyd olunur ki, Əhmədian və Lavrentev Yaxın Şərq regionundakı son dəyişiklikləri, Qəzza zolağındakı vəziyyəti və bu məsələdə Tehranla Moskvanın əməkdaşlığını müzakirə ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək