Modern.az

ABŞ Ordusunda İLK DƏFƏ bu vəzifəni qadın tutacaq 

ABŞ Ordusunda İLK DƏFƏ bu vəzifəni qadın tutacaq 

Dünya

3 Noyabr 2023, 08:00

ABŞ Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə ilk dəfə qadın admiral təyin edilib.

 

Modern.az xəbər verir ki, qərar ABŞ Senatı tərəfindən qəbul edilib.

 

Liza Françettinin namizədliyini 95 senator dəstəkləyib, 1-i əleyhinə çıxıb. Onun namizədliyi ABŞ Prezidenti Co Bayden tərəfindən irəli sürülüb.

 

Qeyd edək ki, Françetti həm də ABŞ-ın Birləşmiş Qərargah Rəislərində xidmət edən ilk qadın olacaq.

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır