Modern.az

Sarkisyan Şahramanyanla nədən danışdı...

Sarkisyan Şahramanyanla nədən danışdı...

Dünya

3 Noyabr 2023, 08:53

Qarabağdan qovulmuş separatçıların sonuncu başçısı Samvel Şahramanyanla Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.

Modern.az xəbər verir ki, “Hraparak”ın məlumatına görə, görüşün təşəbbüskarı Serj Sarkisyan olub.
Sarkisyanın başçılıq etdiyi Respublika partiyasından bildiriblər ki, eks-prezident Şahramanyanla görüşmək və Qarabağ ermənilərinin sonrakı aqibəti barədə onu dinləmək istəyib.

Danışıqların təfərrüatları haqda başqa məlumat verilməyib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhədimizdə yeni gərginlik - Müharibə hazırlığı başladı