Avropa Şurası Parlament Assambleyasının Ermənistanın öhdəliklərinin yerinə yetirilməsinin monitorinqi üzrə həmməruzəçiləri Kimmo Kilyunen və Boriana Oberq noyabrın 6-8-də İrəvana səfər edəcəklər.
Modern.az-ın məlumatına görə, bu barədə Avropa Şurasının mətbuat xidməti xəbər verib.
Qeyd olunur ki, həmməruzəçilərin Ermənistanın baş naziri, ədliyyə və daxili işlər nazirləri, parlamentin deputatları ilə görüşləri nəzərdə tutulub.
Konstitusiya Məhkəməsinin sədri və məhkəmə hakimiyyətinin, Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin, Mərkəzi Seçki Komissiyasının, Televiziya və Radio üzrə Milli Komissiyanın nümayəndələri ilə də görüşlər planlaşdırılıb.
Həmməruzəçilər Ermənistanın Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ilə həmsərhəd olan Arazdəyən kəndinə də səfər edəcəklər.