Modern.az

İranın XİN başçısı HAMAS rəhbəri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi

İranın XİN başçısı HAMAS rəhbəri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi

Dünya

3 Noyabr 2023, 08:57

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Fələstinin HAMAS radikal hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə ilə telefon danışığı aparıb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə İran XİN rəhbərinin X sosial şəbəkəsində paylaşım edib.

 

Tərəflər Fələstin-İsrail münaqişəsi zonasında baş verən son hadisələri müzakirə ediblər.

 

“Həmas siyasi bürosunun rəhbəri İsmayıl Haniyə ilə telefon danışığında İordan çayının qərb sahilindəki son hadisələri müzakirə etdik”, -deyə bildirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!