Modern.az

Sülhlə bağlı təklif mübadiləsinin 6-cı raundundayıq - Mirzoyan

Sülhlə bağlı təklif mübadiləsinin 6-cı raundundayıq - Mirzoyan

Dünya

3 Noyabr 2023, 11:14

"Qranadada imzalanan dördtərəfli sənəd uzunmüddətli, sabit və ləyaqətli sülhün əsaslarını əks etdirir".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan XİN rəhbəri Ararat Mirzoyan deyib.

 

İrəvan və Bakı arasında təklif mübadiləsinin 6-cı raundu davam edir. Ermənistan sülh müqaviləsinin həyata keçirilməsinə diqqət yetirir. Sülh müqaviləsinin prinsipləri dəyişməzdir - ərazi bütövlüyünün tərəflər tərəfindən qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası, regional kommunikasiyaların qarşısının alınması", - o əlavə edib.

 

Mirzoyan həmçinin məlumat verib ki, İrəvan Lüksemburq və Cənubi Koreyada səfirliklər açacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır