Modern.az

Türkiyə sərhədindən yaxşı xəbərimiz olacaq - Mirzoyan Rusiyadan danışdı

Türkiyə sərhədindən yaxşı xəbərimiz olacaq - Mirzoyan Rusiyadan danışdı

Dünya

3 Noyabr 2023, 11:22

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yaxın vaxtlarda Ermənistan-Türkiyə sərhədinin xüsusi qrup üçün açıla biləcəyinin anonsunu verib.

 

Modern.az xəbər verir ki, bu barədə "Armenia Today" məlumat yayıb.

 

“Mən öz nikbinliyimi bölüşmək istəyirəm ki, yaxın gələcəkdə Ermənistan-Türkiyə sərhədinin hələlik xüsusi qrup - üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün açılması ilə bağlı yaxşı xəbərimiz olacaq”, - Mirzoyan deyib.

 

O, İrəvanın Rusiya ilə problemləri konstruktiv müzakirə etmək və dostcasına irəliləmək niyyətində olduğunu açıqlayıb.

 

“Ermənistan-Rusiya münasibətlərində nəzərəçarpacaq problemlər var, çox şey bizə yaraşmır, çox şey bizi təəccübləndirir, başa düşdüyüm qədəri ilə Rusiyada da oxşar münasibət var”, - Mirzoyan qeyd edib.

Sizə yeni x var
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək