Modern.az

Ermənistan Avropa İttifaqından 18 milyon avro qrant alacaq

Ermənistan Avropa İttifaqından 18 milyon avro qrant alacaq

Dünya

3 Noyabr 2023, 15:18

2024-cü ildə Ermənistan Avropa İttifaqından təxminən 17,9 milyon avro məbləğində qrant alacağını gözləyir.

Modern.az xəbər verir ki, bu barədə respublikanın maliyyə naziri Vahe Ovannisyan parlamentin daimi komissiyalarının birgə iclasında 2024-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, bu dəstək üç əsas istiqamət üzrə həyata keçiriləcək.

“Söhbət məhkəmə-hüquq sahəsində islahatların dəstəklənməsindən gedir. Bu proqram 2023-cü ildə də həyata keçirilib. Daha sonra bunun üçün 2,7 milyon avro ayrılıb”, - Hovhannisyan bildirib.

Gələn il 5,4 milyon avro xərclənməsi planlaşdırılır.

İkinci istiqamət mahiyyətcə 2,5 milyon avroya başa gələcək məhkəmə sistemində islahatların ikinci mərhələsidir.

Üçüncü istiqamət təhsil sahəsinə aiddir. Belə ki, 2024-cü ildə sözügedən qrantdan təhsil ehtiyacları üçün 10 milyon avroya yaxın vəsait ayrılacaq.

Proqramın ümumi dəyəri 32 milyon avro təşkil edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!