"Daşnaksütyun” partiyasının nümayəndəsi Gerasim Vardanyan parlamentdə boşalan deputat yerindən imtina etdiyini açıqlayıb. O, bununla bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Vardanyan parlamentdəki “Hayastan” müxalifət fraksiyasının siyahısında 49-cu yerdə idi.
Qeyd edək ki, boş qalan deputat yeri Armen Çarçyan mandatdan imtina etdikdən sonra yaranıb.
Beləliklə, mandat Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryana keçəcək.
Levon Köçəryan “Hayastan” blokunun seçki siyahısında növbəti - 50-ci namizəddir.
Amma o, hazırda həbsdədir.
Ermənistan KİV-lərinin məlumatına görə, yaxın günlərdə vəkilləri Levon Köçəryana deputat mandatına dair qərarı barədə açıqlama verəcəklər. Bu barədə vəkil Aleksandr Qoçubayev bildirib.